Özbəkistanda xüsusi karantin rejimi elan edildi

DÜNYA 05 apr 2020, 12:30

Özbəkistan hakimiyyəti, COVID-19 virusunun yayılması ilə əlaqədar aprelin 6-dan etibarən xüsusi karantin rejimi elan edib.


Demokrat.az xəbər verir ki, vətəndaşlara məcburi təcrid rejimində şəxsi avtomobil, motosiklet, velosiped və skuterlərlə gəzinti qadağan edilib.


Qeyd edək ki, Özbəkistanda ilk dəfə COVID-19 diaqnozu martın 15-də qoyulub. Fransadan qayıdan bir qadında koronovirus infeksiyası aşkarlanıb. 5 aprel bu saata qədər olan məlumatlara görə ölkədə 266 nəfər koronavirusa yoluxub, onlardan 2-i ölüb, 25-i isə sağalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top