Tramp tibbi maska taxmamasının səbəbini AÇIQLADI

DÜNYA 04 apr 2020, 09:02

ABŞ prezidenti Donald Tramp qoruyucu tibbi maska taxmaq niyyətində olmadığını bəyan edib.


Demokrat.az-ın məlumatına görə, D.Tramp tibbi maska taxmağı onun statusu ilə uyğun olmadığını hesab edir.


"Bu yalnız bir tövsiyədir. Mən özümü yaxşı hiss edirəm. Sadəcə bunu (tibbi maska taxmağı) istəmirəm", - deyə ABŞ prezidenti koronavirusun yayılması fonunda qoruyucu tibbi maskanı niyə taxmaq niyyətində olmadığını sualını cavablandırıb.


"Bilirsiniz, Oval kabinetdə gözəl masanın arxasında oturub, tibbi maska taxıb prezidentləri, baş nazirləri, kraliçaları salamlamaq... bilmirəm, bu mənim üçün deyil", - D.Tramp izah edib.


O əlavə edib ki, öz fikrini dəyişə bilər, amma ümid edir ki, koronavirus "çox tezliklə başa çatacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top