Yaponiya Azərbaycan nümunəsindən istifadə edəcək

DÜNYA 03 apr 2020, 16:38

Tokio şəhərinin qubernatoru Yuriko Koike bildirib ki, koronaviruslu xəstələr Tokio-2020 Yay Olimpiya Oyunları üçün tikilən Olimpiya kəndində yerləşdirilə bilər.


Demokrat.az-ın məlumatıana görə, o əlavə edib ki, xəstələrin yerləşdirilməsi üçün Tokioda hotellərin alınması versiyası da nəzərdən keçirilə bilər.


Xatırladaq ki, koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən Tokio Yay Olimpiya Oyunları 2021-ci ilə qədər təxirə salınıb. 


Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan hökuməti koronavirus şübhəsi olan xəstələrin karantində saxlanılması üçün I Avropa Oyunları üçün tikilmiş Olimpiya şəhərciyindən istifadə etməyə başlayıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top