Bu ölkədə “Reuters”in fəaliyyətinə qadağa qoyuldu

DÜNYA 03 apr 2020, 15:34

İraq hökuməti “Reuters” agentliyinin ölkədə fəaliyyətinə qadağa qoyub.


Demokrat.az xəbər verir ki, qadağa “Reuters” agentliyinin İraqda koronavirusa (COVID-19) yoluxanların sayının rəsmi açıqlamada elan ediləndən daha çox olması haqda məlumat verməsi ilə əlaqədardır.


Komissiyanın açıqlamasında qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İraq hökumətinin COVID-19 virusu ilə əlaqədar hesabatını təsdiq edib.


Agentlikdən 21 min dollar (35 700 manat) məbləğində cərimənin ödənilməsi, İraq dövlətindən və xalqından üzr istənilməsi tələb olunur.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top