Leonardo Di Kaprio yardım fondu QURUR

DÜNYA 03 apr 2020, 14:08

Hollivudun ''Oscar'' mükafatçısı olan aktyoru Leonardo Di Kaprio koronavirusdan zərər çəkənlər üçün dərnək quracaq.


Demokrat.az xəbər verir ki, aktyorun qurduğu yardım fondu az gəlirli ailələr, yaşlılar, koronavirus səbəbi ilə aldığı məvacibi azalan insanlar və məktəbdən yardım alan uşaqlar üçün nəzərdə tutulub. Fondun yeni açılmasına baxmayaraq artıq 12 milyon dollar ianə toplayıb. Fond ''World central kitchen'' adlı yardım dərnəyi ilə şərik fəaliyyət göstərəcək. Di Kaprionun fonduna pul köçürənlər arasında məşhur ''Apple'' və ''Ford'' şirkətləri də yer alıb. Beləliklə Amerika qida fondunun qurucularından biri olan aktyor Di Kaprio dərnəyə maddi yardım göstərən hər kəsə təşəkkür edərək, yoxsul ailələrə daim yardım edəcəyini deyib.(ölkə.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top