Ömürlük həbs cəzası alan məhkum 10 diplom alıb, azadlığa çıxdı

MARAQLI 02 apr 2020, 19:56

Mərakeşdə 1999-cu ildə ömürlük həbs cəzasına məhkum edilən Əbdülcəlil əl-Milyani adlı məhkum həbsxanada keçirdiyi və elmə həsr etdiyi 20 ildə 5 fakültə, 3 lisey və 2 sertifikat proqramını tamamlayıb.


Demokrat.az xəbər verir ki, dəmir barmaqlıqlar arxasında ən böyük xəyalı azadlığa qovuşmaq olan Milyani ilk olaraq Kenitra bölgəsində incəsənət liseyindən məzun olub. Daha sonra o, 2006-cı ildə V Məhəmməd Universitetinin Sale şəhərindəki hüquq fakültəsini bitirib. Mərakeşli məhkum 2007-ci ildə müasir ədəbiyyat sahəsində bir lisey proqramını, 2009-cu ildə Kenitrada İbn Tufeyl Universitetinin Ədəbiyyat Fakültəsinin sosialogiya bölməsini, 2011-ci ildə yenə Sale şəhərində Hüquq Fakültəsinin İctimai İdarəetmə bölməsini tamamlayıb.


Təhsili bununla bitməyən Milyani 2015-ci ildə islam elmləri sahəsində yenə bir lisey proqramından, 2016-cı ildə yenə V Məhəmməd Universitetinin Ədəbiyyat Fakültəsinin Sosialogiya və Fransız dili bölmələrindən məzun olub.


O, daha sonra 2017-2019-cu illərdə anbar idarəçiliyi və rəngkarlıq sahələri üzrə sertifikat alıb.


Azadlıq arzusuna isə tam 20 il 4 ay həbsxanada qaldıqdan sonra çatıb. Onun cəzası 2016, 2017 və 2018-ci illərdə azaldılıb və 2019-cu ildə kralın əfvi ilə azadlığa çıxıb.


Həbsxanada illərindən danışan Milyani ömürlük həbs cəzası aldıqdan sonra Kenitrada ağır cəzaçəkmə müəssisəndə saxlanıldığını və daha sonra "məhəllə məzarlığı" adlandırılan mərkəzi həbsxanaya transfer edildiyini, burada özünü daha əvvə təsəvvür etmədiyi bir toplum içərisində tapdığını bildirib.


Həbsxanada keçirdiyi ilk 3 ildə dərin psixoloji sarsıntı keçirdiyini və çəki itirdiyini deyən Milyani 2 dəfə intihara cəhd edib. Buna səbəb həbsxanadan çıxa bilməyəcəyi həqiqəti ilə üzləşməsi və xəstəliyə görə atasının ayağının kəsilməsi olub.


"İkinci intihara cəhdimdən sonra görüşdüyüm bir mütəxəssis mənə uzun illər həbsxanada qaldıqdan sonra siyasət və fikir dünyasında önəmli şəxsiyyətlərə çevrilənlərdən bəhs etdi. Bu, mənim üçün dönüş nöqtəsi oldu", - deyə Milyani bildirib.(qaynarinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top