"Bir xəstə 50 nəfəri yoluxdurur" — RƏSMİ AÇIQLAMA

SOSİAL 02 apr 2020, 13:13

“Biz beş min insanı karantinə toplayıb, ərzaqla təmin etməyə hazırlaşmamışdıq”. 


Demokrat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.


Onun sözlərinə görə, imkan daxilində bütün addımlar atılır:


“Bu, böyük vəsait, əziyyət tələb edir. Karantin istirahət mərkəzi deyil, əsas məqsəd insanlarımızın sağlamlığını qorumaqdır. Sərhədləri açıb, bütün insanları ölkəyə buraxmaq əhalinin sağlamlığı üçün təhlükəlidir”. 


O qeyd edib ki, bir xəstə ətrafında təmasda olduğu 50-yə yaxın şəxsi xəstəliyə yoluxdurur:


“Bu səbəbdən insanların evdə qalmaları mütləqdir. Xəstəlik çox yayıldıqca strategiyamızı dəyişmişik. Çünki mövcud vəziyyəti nəzərə almalıyıq”.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top