Tanınmış jurnalist Rusiya Azərbaycanlıları İttifaqının mətbuat katibliyindən getdi

SOSİAL 02 apr 2020, 09:32

Salam, hörmətli dostlar!


30 mart 2020 ci il tarixində Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun mətbuat xidmətinin rəhbəri vəzifəsindən getmək haqda qərar verdim. 2019 cu ilin mayında Fizuli Məmmədovun dəvəti ilə qəbul etdiyim vəzifədə Fondun müxtəlif layihələrini işıqlandırdım, onlarla informasiya meydançasında onun fəaliyyətindən danışdım.


Fondun mətbuat xidmətinin rəhbəri kimi iş ştatına götürülsəm də fəaliyyətimin vacib istiqaməti 27 aprel 2019 cu ildə yaradılmış Rusiya azərbaycanlıları İttifaqının (RAİ) təbliği oldu.


10 ay müddətində bir qayda olaraq yalnız RAİ-nin Prezidenti Fizuli Məmmədov və İdarə Heyətinin verdiyi qərar, vəd və planlar haqda ictimaiyyəti məlumatlandırdım. İndi əksəriyyət kimi mən də Fond rəhbərliyinin Böyük Vətən Müharibəsi iştirakçıları İsrafil Məmmədova Novqorod vilayəti, Hüseynbala Əliyevə Nizino kəndi, Həmid Qasımbəyova Baltiysk şəhərində ucaldacağına söz verdiyi heykəlləri görüb, Təşkilat rəhbərliyinin vəd və qərarlarının carçısı kimi çox sevinəcəyimə ümid edirəm. Həmin sevincli Qələbə bayramı günlərinə çox az vaxt qalıb.


Azərbaycan-Rusiya dostluğu və Milli Birliyimiz naminə legitim diaspor təşkilatlarımıza bundan sonra da əlimdən gələn yardım edəcəm!


Lakin gələcək fəaliyətimin ictimai və peşəkar jurnalist yönü ilə bərabər, əsas ağırlıq mərkəzini son ildə fasilə verdiyim elmi-tədqiqat sahəsinə keçirirəm.


Hamıya sayqılarla!


P.S. Ödənilməyən mart məvacibimin pandemiya ilə mübarizəyə xərclənməsini xahiş edirəm.


Anar Həsənov

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top