“Azersun Holding” hər kəsi başlatdığı sosial aksiyaya qoşulmağa dəvət edir — VİDEO

SOSİAL 01 apr 2020, 14:06

Bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. 


Bu virusla mübarizə şəraitində gecə-gündüz demədən çalışan, ictimaiyyəti operativ və obyektiv xəbərlərlə təmin edən jurnalistlərin əməyini xüsusi vurğulamaq lazımdır. 


“Azərsun Holdinq” xalqımız və dövlətimiz üçün kifayət qədər həssas olan indiki şəraitdə, Milli Mətbuatımızın 145-ci ildönümündə səfərbər olaraq, cəmiyyəti doğru-dürüst məlumatlarla təmin edən jurnalistlərə dərin minnətdarlığını bildirir, daim iş başında olan media nümayəndələrini alqışlayır.


Siz də alqışlayın! Biz, birlikdə güclüyük!


 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top