“DTX-nın bizim rayona gəlməsi mümkündür” — Biləsuvarın deputatı

SOSİAL 01 apr 2020, 09:44

Milli Məclisin yeni seçilən gənc deputatı Bəhruz Məhərrəmov facebook üzərindən canlı yayım edib.


Demokrat.az xəbər verir ki, deputat seçiciləri ilə birbaşa bağlantıda onların şikayətlərini dinləyib və suallarına cavab verib.


İzləyicilərdən biri Biləsuvar rayonundakı ədalətsizlikdən danışarkən DTX-nın bu rayonda da əməliyyat keçirməsinə zərurət olduğunu deyib.

 


Buna deputatın cavabı isə gözlənilməz olub.


Belə ki seçiciyə cavabında "DTX-nın bizim rayona gəlməsi mümkündür” deyən Bəhruz Məhərrəmov əlavə edib ki, bu, icra hakimiyyəti ilə adıçəkilən qurumun arasında olan məsələdir.(Yeni Sabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top