Deportasiya Qurbanları Cəmiyyəti mart soyqırımı ilə bağlı BƏYANAT YAYDI

SİYASƏT 31 mar 2020, 16:10

Deportasiya Qurbanları Cəmiyyəti 1918-ci ildə Bakı soveti və Daşnaksütuna bağı olan erməni terrorçu silahlı dəstələri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, soyqrıma məruz qoyulmasının 102-ci ilində bəyanatla çıxış edib.


Bəyanatda bildirilir ki, son iki yüz ildə Azərbaycan xalqı tarixən yaşadığı ata-baba torpaqlarında mənfur qonşular tərəfindən dəfələrlə etnik təmizləməyə və soyqırıma məruz qalıb, insanlar vəhşicəsinə qətlə yetirilib, yaşayış məntəqələrimiz, tarixi-mədəni abidələrimiz dağıdılıb. 


1918-ci ilin martında erməni vəhşi silahlı dəstələri tərəfindən dinc və silahsız azərbaycanlıların soyqırıma məruz qoyması kütləvi şəkil alıb, Cənubi Qafqazda azərbaycanlıların kökünü tamamilə kəsmək məqsədilə bolşevik-daşnak birləşmələri geniş bir coğrafiyada qanlı qırğınlara başlamışlar. Bu qırğınlar Bakı-Şamaxı-Quba, Bakı-Ağdaş-Kürdəmir-Gəncə-Qazax-Balakən və s. istiqamətlərdə olmaqla bütün Şimali Azərbaycanı, Naxçıvan-Dərələyəz-Zəngəzur-Qarabağ, İrəvan-Gümrü-Pəmbək-Loru, Dərəçiçək-Qaraqoyunlu-Göyçə istiqamətlərində bütün Qərbi Azərbaycanı bürümüşdür. Hər yerdə azərbaycanlılara qarşı ən qəddar, ən vəhşi üsullarla soyqırımı həyata keçirilmiş, insanlar güllələnərək kütləvi şəkildə məhv edilmişlər. Nəticədə ərazilərimiz boşaldılmış və orada Türkiyədən, İrandan sürülüb gətirilən erməni əhalisi yerləşdirilmişdir. 


1918-ci ilin mart qırğınları nəticəsində 10 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib, erməni məkirli siyasəti bununla kifayətlənməyərək sonrakı dövrlərdə də azərbaycanlılara qarşı amansız mövqe nümayiş etdirmişdi. Məhz bunun səbəbindən 1948-1953-cü illərdə indiki Ermənistan Respublikası adlandırılan tarixi Azərbaycan torpaqlarından 100 mindən çox insan deportasiya edilmiş, 1988-ci ildə isə növbəti köç dalğası yaşanmışdı.


Mərkəz beynəlxalq qurumları, dünya dövlətlərini bu soyqrıma diqqət yetirməyə və günahsız insanların öldürülməsinə bais olan Ermənistana qarşı sərt addımlar atmağa çağırıb. 
Mərkəz həmçinin Qərbi Azərbaycandan deportasiya olunan insanların öz ata-baba yurduna dönüş üçün mübarizədən çəkilməyəcəyini bəyan edib.


Deportasiya Qurbanları Mərkəzi həmçinin təklif edib ki, soyqrım abidə kompleksi yaradılsın, Qərbi Azərbaycandan 100 minlərlə türkün deportasiya edilməsi tarx dərsliklərinə salınsın, soyqrım muzeyi yaradılsın və 31 mart soyqrımının yaddaşlardan çıxmaması üçün vacib olan digər addımlarr atılsın.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top