Dövlət qulluğuna imtahan verənlərin NƏZƏRİNƏ

SOSİAL 30 mar 2020, 17:17

Dövlət İmtahan Mərkəzi tərəfindən Koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları (2 variant) 2020-ci il iyul ayınadək ödənişsiz olacaq.

 

DİM-dən Demokrat.az-a verilən xəbərə görə, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.
 

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, yazılan cavablarla düzgün cavabları müqayisə etmək mümkün olacaq.
 

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top