Fransa telekanalı Messini bənzəri ilə səhv saldı — FOTO

MARAQLI 30 mar 2020, 10:00

Fransada yayımlanan “M6” telekanalının müxbirləri canlı yayımda gülməli səhvə yol veriblər.


“Givemesport” xəbər verir ki, telekanal “Barselona”nın əfsanəvi hücumçusu Lionel Messini onun bənzəri iranlı Rza Parasteşlə səhv salıb.


Qeyd etmək lazımdır ki, “M6” koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayıran idmançılar haqqında süjet hazırlayıb.


Süjet yayımlanarkən ekranda məşhur tennisçi Rocer Federerlə yanaşı Messinin əvəzinə R.Parasteşin şəkli əks olunub.


Xatırladaq ki, Messi koronavirusla mübarizəyə bir milyon avro vəsait ayırıb.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top