Koronavirusun yayılacağını 10 il əvvəl Rokfeller Fondu açıqlayıb — ŞOK

MARAQLI 29 mar 2020, 19:02

Dünyanın ən varlı ailəsi hesab olunan Rokfellerin hələ 10 il əvvəl koronavirus barədə bir hesabat yaydığı məlum olub.

 

“Report” xəbər verir ki, məlumatı “A haber” yayıb.

 

Bildirilib ki, Rokfeller ailəsinə aid Rokfeller Fondu 10 il əvvəl yaydığı hesabatda koronavirus infeksiyasını bir-bir açıqlayıb. Həmin hesabat 2010-cu il mayın 25-də fondun rəsmi saytında yayılıb.

 

Sonra naməlum səbəbdən saytdan yığışdırılıb. Bildirilib ki, 2030-cu ilədək bir yoluxucu xəstəlik yayılacaq. Koronavirusun törətdiyi bütün bəlalar hesabatda öz əksini tapıb. Orada bu xəstəlikdən ilk olaraq Çinin qurtulacağı bildirilib.

 

Hesabatda infeksiyanın bütün dünyanı bürüyəcəyi, inkişaf etmiş ölkələrin ciddi problem yaşayacağı qeyd edilib. Orada virusun dünya iqtisadiyyatına ölümcül təsir edəcəyindən bəhs olunub. Hesabatda ölkələrin infeksiyadan xilas olmaq üçün Çini təqlid edəcəkləri vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top