Gürcüstan XİN Azərbaycana təşəkkür edib

SİYASƏT 24 mar 2020, 15:04

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.


APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazirliyin “Twitter” hesabında paylaşım edilib.


“Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma prezident seçkilərini  qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik”, – paylaşımda bildirilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top