YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna daha 270 min manat ianə edəcək

SİYASƏT 23 mar 2020, 17:00

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin, eləcə də partiyanın yerli strukturlarının əməkdaşlarının təşəbbüsü ilə onların 1 aylıq əmək haqqı - ümumilikdə 270 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediləcək.


Bu barədə YAP mətbuat xidmətindən məlumat verilib.


Qeyd edək ki, bundan öncə YAP Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürüb.
 

Beləliklə, YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə təxminən 500 min manat məbləğində yardım həyata keçirmiş olacaq. (APA)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top