Koronavirus Avropanın top liqalarına milyardlarla avro ziyan vurdu — RƏQƏMLƏR

İDMAN 19 mar 2020, 10:20

KPMG konsaltinq şirkəti Avropanın 5 ən güclü liqasının koronavirus pandemiyası ilə əlaqədar maliyyə itkilərini hesablayıb. 

 

"Report"un məlumatına görə, İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatlarının 3,45 milyard avrodan 4 milyard avroyadək ümumi gəlirdən məhrum olduqları müəyyənləşib. 

 

Ən çox itkiyə İngiltərə Premyer Liqası məruz qalıb - 1,35 milyard avro. Bu məbləğin 800 milyon avrosu teleyayımdan itirilən gəlirlərdir. 

 

İspaniya La Liqası teleyayımın ləğvindən 600 milyon avro, İtaliya A Seriyası 450 milyon avro, Almaniya Bundesliqası 400 milyon avro, Fransa Liqa 1-i isə 200 milyon avro itirə bilər. 

 

Hesablama Avropa çempionatının 2021-ci ilədək təxirə salınmasına dair UEFA-nın qərarınadək aparılıb. 2019/2020 mövsümünü 30 iyunadək oynamaq mümkün olsa, itkilər bu qədər kritik olmaya bilər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top