Futbol üzrə Avropa çempionatının tarixi dəyişdirildi — YENİLƏNİB

İDMAN 17 mar 2020, 17:20

UEFA-nın futbol üzrə Avropa çempionatını bir il sonra hansı tarixə keçirdiyinə aydınlıq gəlib.


“Haber Global” xəbər verir ki, Norveç Futbol Federasiyası 2021-ci ildə keçiriləcək Avropa çempionatının tarixini də açıqlayıb.


Belə ki, bir il sonra keçiriləcək qitə çempionatı 11 iyun-11 iyul tarixlərində baş tutacaq.


Qeyd edək ki, daha əvvəl bu yarışın 2020-ci il 12 iyun-12 iyul tarixlərində keçirilməsi planlaşdırılıb. Lakin koronavirus pandemiyasına görə UEFA yarışın vaxtını dəyişib.


15:32

UEFA təşkilatın 55 üzvü ilə birlikdə keçirdiyi toplantıda futbol üzrə Avropa çempionatının (AVRO-2020) bir il müddətinə təxirə salınması təklifini irəli sürüb. 


“Hürriyet” xəbər verir ki, qərar üzv ölkələr, Avropa Klublar Birliyi və Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası Federasiyası tərəfindən qəbul edilib. 


UEFA tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top