"Valensiya"nın futbolçuları və məşqçisi koronavirusa yoluxdu

İDMAN 15 mar 2020, 21:17

İspaniyanın "Valensiya" klubunun koronavirus testi müsbət nəticə verən futbolçularının adları müəyyənləşib.

 

"Report"un məlumatına görə, bunlar Esekyel Qaray, Elyakim Manqala və Xose Qayyadır. Habelə, məşqçi Pako Kamarasa və həkim Xuan Alyaqa da bu xəstəliyə yoluxub.

 

Son məlumatlara əsasən, dünyada 156 min insanda koronavirusun olduğu təsdiqlənib. Onlardan 5 833-ü ölüb, 73 968-i sağalıb. Xəstəliyin əsas ocaqları Çin, İtaliya, İran, Cənubi Koreya və İspaniyadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top