Ronaldodan daha bir xeyirxah addım — Koronavirusla mübarizə üçün...

İDMAN 15 mar 2020, 14:02

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo vətəni Portuqaliyada ona məxsus otelləri koronavirusla mübarizə aparmaq üçün xəstəxanalara çevirir.

 

Bu haqda “Marca” qəzeti məlumat yayıb. Bildirilir ki, həmin xəstəxanalardan pulsuz istifadə etmək mümkün olacaq. Futbolçu orada işləyəcək həkim və işçilərin maaşını da özü verəcək.

 

Xatırladaq ki, Ruqanidə koronavirus aşkarlanandan sonra Ronaldo “Yuventus”un məşqlərindən buraxmaq qərarına gəlib. Buna görə də, doğma vətəninə yollanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top