"Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım" — Afət Fərmanqızından “Xəzər” TV-yə SƏRT İTTİHAM (FOTO)

ŞOU-BİZNES 13 mar 2020, 11:34

Müğənni Afət Fərmanqızı daha bir qalmaqallı açıqlaması ilə gündəmə gəlib.


Demokrat.az ''Ölkə.Az''a istinadla xəbər verir ki, müğənni “İnstagram” səhifəsində izləyicilərinin birinin  ''Sizə də efir qadağası qoydular? Yoxsa artıq bu qadağa var idi?'' sualına qalmaqallı şəkildə cavab verib:


''Mən oxuyanda ''Xəzər'' televiziyası yox idi. Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım. Mənim ondan başqa üstün efirlərim var. ''Youtube'' kanalım və ''İnstagram'' hesabım bəs edir”,- deyə o, sərt şəkildə məsələ barədə fikrini bildirirb.


Bundan sonra  Fərmanqızı həmin şərhin fotosunu səhifəsində paylaşaraq bu sözləri qeyd edib:


 ''Atv və ARB televiziyası mənə bəs edir. Məni təmənnasız dəvət edirlər. Qaldı ''Xəzər'' televiziyasına xoruz yox idi, səhər açılmırdı? Məni xalqın qəlbində qadağaya sala bilmirlər. Bir dənə də Seyid Əzim Şirvanidən oxuyacam. Efir mənim üçün problem olsa Rusiya və Türkiyə televiziyalarına yolum açıqdır. Dəli şeytan deyir televiziya açım''. 


Qeyd edək ki, “Xəzər” televiziyasına yeni rəhbər təyin olunan, Xalq artisti Murad Dadaşov, bəzi müğənniləri kanalın “qara siyahı”sına salıb. Qadağaya düşən müğənnilər arasında Damla, Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Türkan Vəliyeva və Pərviz Bülbülənin adı var.

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top