ABŞ Kərbəlanın hava limanını bombaladı — ölən var (FOTOLAR)

DÜNYA 13 mar 2020, 10:21

 ABŞ Kərbəla şəhərinin hava limanı da daxil olmaqla İraqda bir sıra bölgələrə aviazərbələr endirib.


Bu barədə İraqın Sumariya Agentliyi məlumat yayıb.


Bildirilib ki, ötən gecə ABŞ hərbi təyyarələri Kərbəla şəhərinin hava limanını 3 dəfə hava zərbəsilə hədəfə alıb. Burada bir işçinin həlak olduğu bildirilib.


Eyni zamanda İraqın Carf-Saxr, əl-İskəndəriyyə, əl-Müsəyyib bölgələri də ABŞ-ın hava zərbələrinə məruz qalıb.


Az öncə Pentaqon bəyanat yayaraq, bu hava zərbələrinin iki gün öncə İraqda ABŞ bazasına hücuma cavab olaraq həyata keçirildiyini bildirib. Pentaqonun bəyanatında gəlib ki, ABŞ bu hava zərbələrində İraqda "Kətaib Hizbullah" kimi İrana bağlı olan şiə silahlı birləşmələrini hədəfə alır.


İraqın rəsmi hərbi mənbələri isə bu hava zərbələrinin birbaşa ölkə ordusunun mövqelərinə və (İŞİD-ə qarşı döyüş məqsədilə təsis edilən və hazırda İraqın Silahlı Qüvvələrinin tərkib hissəsi olan Xalq Səfərbər Qüvvələri) Haşd-Şabiyə endirildiyini bildiriblər. (SalamNews)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top