Bu ölkədə bir aylıq fövqəladə vəziyyət elan edildi — Koronavirusa görə

DÜNYA 12 mar 2020, 21:50

Çexiyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

 

Medicina.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Andrey Babiş deyib.

 

O, bütün ölkə boyu fövqəladə vəziyyətin 30 gün davam edəcəyini bildirib.

 

Eyni zamanda, respublika ərazisinə virusun geniş yayıldığı 13 ölkədən - Çin, Koreya, İran, İtaliya, İspaniya, Avstriya, Almaniya, İsveçrə, Norveç, İsveç, Niderland, Belçika və Böyük Britaniyadan turistlərin gəlişinə qadağa qoyulub.

 

Hazırda Çexiya ərazisində 96 nəfərdə koronavirus aşkar edilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top