Çexiyaya səfir təyin edilən şəxs Allahşükür Paşazadənin kürəkənidir — FOTO

SİYASƏT 12 mar 2020, 14:49

Prezident İlham Əliyevin sərəncamı ilə Adış Məmmədov Azərbaycan Respublikasının Çexiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, Adış Məmmədov bundan əvvəl də səfir vəzifəsində çalışıb.

 

Belə ki, Adış Məmmədov 2013-cü ilin 12 avqustunda Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri postuna gətirilib.

 

2018-ci ilin noyabrında o, vəzifəsindən geri çağırılıb.

 

Qeyd edək ki, Adış Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkənidir.

 

O, Allahşükür Paşazadənin qızı Əmanət Paşazadənin həyat yoldaşıdır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top