"Prezidentin atdığı addımlar böyük tarixi əhəmiyyətli hadisələrdir" — Deputat

SİYASƏT 12 mar 2020, 13:57

“Biz bir toplum olaraq dövlətimiz qüdrətli, millətimiz güclü, xeyirxah insanlarımız çox olanda və türk dünyası birlikdə hərəkət edəndə irəli getmişik”.


Demokrat.az-ın məlumatına görə, Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, görkəmli tarixçi alim Musa Qasımlı sosial media hesabında belə yazıb. 


O qeyd edib ki, son günlərdə cənab Prezident İlham Əliyevin atdığı aşağıdakı addımlar bir-biri ilə sıx bağlı olan böyük tarixi əhəmiyyətli hadisələrdir: 


"Bunlardan birincisi, Mərkəzləşdirilmiş Azərbaycan dövlətçiliyinin rəmzi olan Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilərək qoyulduğu yeni tikilmış parka gedərək çiçək dəstəsi qoyması, xatirəsini yad etməsidir. 


İkincisi, 6-cı çağırış Milli Məclisin açılışında etdiyi möhtəşəm nitqində Azərbaycanın və türk dünyasının inkişafına dair fikirləridir.


Üçüncüsü, böyük xeyriyyəçi Hacı Zaynalabdin Tağıyevin abidəsinin hazırlanmasına dair imzaladığı sərəncamdır. 


Dördüncüsü, türk dünyasının bir parçası olan qardaş Türkmənistan ilə bir zamanlar soyuq olan qarşılıqlı münasibətlərin cənab Prezidentimizin səyləri ilə normallaşdırılması və inkişafının davamı kimi Prezident Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəridir. 


Cənab Prezidentimizin bu addımları təkcə bir- biri ilə bağlı deyil, eyni zamanda millət olaraq bizim üçün Strateji Yol Xəritəsidir. Onun da çox qısa mənası belədir: Dövlətimiz daim qüdrətli, millətimiz güclü, xeyirxah insanlarımız çox, türk dünyası birlikdə olmalıdır. Bunlar bizim dirilik və inkişaf formulumuzdur. Ölkəmizdəki televiziya kanallarında bu dörd tarixi hadisənin birlikdə, üzvü əlaqədə təhlil ediləcəyi dərin analitik proqramların hazırlanması ictimaiyyət üçün faydalı olardı...".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top