ABŞ ticarət missiyasının Azərbaycana səfəri təxirə düşdü

SİYASƏT 12 mar 2020, 10:28

ABŞ-ın ticarət missiyasının Azərbaycana və Gürcüstana səfəri təxirə salınıb.

 

Demokrat.az-ın məlumatına görə, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının və Amerika-Gürcüstan Biznes Şurasının birgə bəyanatında bildirilib. 

 

Səfərin koronavirus (COVİD-19) səbəbindən qlobal sağlamlıq vəziyyətinin pisləşməsinə görə təxirə salındığı bildirilir.

 

Qeyd edək ki, səfər 5-10 aprel tarixlərinə planlaşdırılırdı.

 

Qərar ABŞ-ın Azərbaycandakı və Gürcüstandakı səfirliklərinin, ABŞ-ın Türkiyədəki Kommersiya Xidmətinin birgə məsləhətləşmələri ilə qəbul olunub. (oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top