ARB TV Nazilə Səfərlini efirdən uzaqlaşdırdı

ŞOU-BİZNES 11 mar 2020, 22:28

Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu "Ona qalsa" proqramından uzaqlaşdırılıb.

 
Demokrat.az
axşam.az-a istinadən  məlumatına görə, onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb.


ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Axşam.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib:


"Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək".

 
N.Səfərli isə bu barədə sualları cavablandırmayıb.


S.Cahidlə əlaqə saxlamaq istəsək də, o, telefona cavab verməyib.


Qeyd edək ki, "Ona qalsa" verilişi mövsümün ortasında "Üç əlli" proqramının əvəzinə həftəiçi beş gün olmaqla yayıma başlayıb.

 

Demokrat.az 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top