"Ərimi əlimdən aldı" Afət Fərmanqızıdan ŞOK AÇIQLAMA — VİDEO

ŞOU-BİZNES 11 mar 2020, 20:28

Hər zaman gündəmi ələ almağı bacaran müğənni Afət Fərmanqızı, bu dəfə ARB TV-yə maraqlı müsahibə verib.


Belə ki, heç kəsdən çəkinmədiyini bildirən sənətçi, həmkarlarını ağ yuyub, qara sərib:


“Burdan bir çox sənət yoldaşlarıma deyirəm ki, kameranın qarşısında oynamayaq. Türklər belə bir variant edən adama, müğəniyə deyirlər ki, onun Sibel Can sayağı saxta bir gülüşü var. Amma mən ad cəkib xətirlərinə dəyməyəcəm, çoxdur saxta gülənlər. Saxta gülməkdən üzlərinə qırış düşənlər. Kasıb vaxtımda qohum əqrabada, dost tanışda toya da cağırmırdılar. Mənim rəfiqəlik etdiyim bir xanım var idi. Biz hər gün telefonla danışardıq, məndə ailəm dağılıb, boşanmışam, bir usaqla atam evindəyəm, bu gün bununla oturub çay içib söhbət edirik, səhəri gün zəng etmişəm danışmağa, telefonu maması götürüb deyir ki, dünən toyu olub, ərə gedib. Təssəvvür edin ki, sabah toyu olur, biz rəfiqəlik edirik, bu mənə demir toyunu. İnanırsınız mən bir gün aglamışam, dedim bəlkə mən boşanmışam, özünə yaraşdırmır. Həmin gündən qarşıma məqsəd qoydum ki, yaxşı müğənni olacam, həm də pul qazanacam”.


Daha sonra sənət yoldaşlarının ona dəstək olmadıqlarını bildirən Afət, bir-bir ad çəkməkdən də boyun qaçırmayıb:


“Məlum mahnı ilə bağlı müğənnilər mənə söz atdılar. Sizi inandırım ki, mən o mahnıdan pul qazanmasaydım bir adam da mənə söz deməyəcəkdi ki, o mahnıdan mən yaxşı pul qazandım. Pullar onların başına daş saldı. Bizim müəlliməmiz gəlmədikdə Tünzalə Ağayeva bizə dərs keçirdi. El obamızdan aşıq Zülfiyyə mənə dəstək oldu. Şəbinəmdən mənə dəstək görmədim. Bir dəfə toyların birində sadəcə dedi ki, yaxşı etmisən”.


Afət Fərmanqızı həmkarı Nadir Qafarzadəyə ilə aralarında yaşanan qalmaqaldan da danışıb:


“Düzdü o da zaman-zaman mahnıma görə mənə, pambıq gətirin qulağıma, bir də məni anam doğmayacaq deyirdi. Baxmayaraq ki, mən ondan incimirəm, tənqid edib, əcəb edib, mən də ona “Maral-maral” oxuyanda məni anam neçə dəfə doğub bəs, mənim qulağıma yazığım gəlmirdi. Münasibət də ki, salam-sağ ol, belə! Əvvəlki kimi dostluq yoxdu”.


Digər həmkarlarına da məsləhət verən müğənni, onları təmkinli olmağa dəvət edib:


“Manaf ya qarışmamalı idi, ya da deməliydi ki, Afət düz edib oxuyub. De ki, oxuyub yaxşı edib, xoşun gəlmir, qulaq asma!”


Sənət yoldaşları ilə dostluq münasibətindən də söz açan Fərmanqızı, ona ürək dolusu sözlər söyləyib:


“Ən yaxın rəfiqəm Nazənindir. Nazəninin yanında nə danışmışam, oradaca qalıb. Bu insanda paxıllıq yoxdur, bu insan məni oxumağa gətirib. Bir də nəzərə alın ki, eyni yolu oxuyuruq, özünə şərik gətirir. Sənəti olmayan meyxanaçılar var ki, onlarla duet oxuyur onları qabağa cəkir. Aydın Sani kimi isdedadlı oğlanlar var, hansı ki, Flora xanım onları tənqid edə biləcər, niyə onlara dəstək olur, mane olmur?!”


Özünə mənəm-mənəm deməkdən yorulmayan sənətçi, işinə əngəl qoyan həmkarlarına da söz atmaqdan çəkinmədi:


“Sevirəm, sevilirəm. Xınada barmaq sayı qədər üzdə olan aparıcılar var. Mən də bu sahədə marağı Nazilə xanımdan aldım. Xına bazarını da keçirdim ələ, düşmənlər artdı. Daha sonra Fatimə məni bloka atdı. Sonra dekor şirkəti ilə işlədiyim gənclər də mənə bildirdi ki, onları da bloka atıb”.


Sonda ona söz atanlara öz sözünü deyən Afət Fərmanqızı, onu məşhur edənlərə də çox sağolunu bildirib:


“Deyir filankas ərimi əlimdən aldı, gəl səndə mənimkini al. Əldən almaqla gedirsə, cəhənnəmə getsin. Demirlər ki, Afət filankəsin ailəsini dağıtdı. Bax o mənə ölüm olardı. Demirlər ki, Afət filan balaları gözüyaşlı qoydu, o mənə ölüm olardı. Əslində məni tənqid edənlərə çox sag ol deyirəm, onlar özləri də bilmədən mənim bu məşhurluğu, bu tanınmışlığı əldə etmək üçün 2-3 miliyon pul tökməliydim, özləri də bilmədən məni miliyoner etdilər”. (Olke.az)

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top