"Xəzər"də "qara siyahı"ya düşən müğənnilərin Murad Dadaşovun qərarına MÜNASİBƏTİ — AÇIQLAMALAR

ŞOU-BİZNES 11 mar 2020, 19:10

Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov bəzi müğənnilərə efir qadağası qoyub.


“Ölkə.Az” xəbər verir ki, bu siyahıda, son zamanlar adları qalmaqallarda hallanan müğənnilər Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev və Mətanət Əsədovanın adı var.

 

Məsələ ilə bağlı əvvəl müğənni Manaf Ağayevlə əlaqə saxladıq. O, bu barədə xəbəri yeni eşitdiyini bildirib.

 

“Bu xəbəri yeni eşitdim, düzü hər şey yazırlar deyə inanıb, inanmamaqda qərarsız qaldım. Ancaq həqiqətən də belə bir məsələ varsa, düşünürəm ki, Murad Dadaşov işinin peşakarıdır. Onun atdığı hər bir addım doğrudur”,- deyə o, fikrini tamamlayıb.

Müğənni Mətanət Əsədova isə bu kanalın rəhbərinin qərarıdırsa, onun deməyə heç bir sözü olmadığını deyib.

 

“Qadağadan xəbərim var. Rəhbər özü bilər. Murad müəllim özü bilər”,- deyə bildirib. Daha sonra isə o, “Hər zaman gözəl ifalarımla çıxış edirəm, heç zaman jurnalistlər bu barədə yazmırlar, ancaq məni bu cür qalmaqallı məsələlərdə axtarırlar”,- deyə ifaçı vurğulayıb.

 

Daha sonra müğənni Damla ilə əlaqə yaratmağa çalışdıq. Telefona cavab verən ifaçının köməkçisi Şəhriyar isə bildirib ki, “Məsələdən xəbərimiz var, ancaq Damla xanımın işləri çox olduğuna görə, suallarınızı cavablandıra bilməyəcək. Mən də Damla xanımın əvəzinə fikir bildirə bilmərəm”.

 

Müğənni Şəbnəm Tovuzlu telefonlarını söndürdüyü üçün onunla əlaqə yaratmaq cəhdlərimiz alınmadı.

 

Qeyd edək ki, Xalq artisti Murad Dadaşov ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( “5-də 5” və “Ay zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib. O, müğənnilər Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev və Mətanət Əsədovaya efir qadağası qoyub.

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top