"Milli Məclisdəki kreslolar istirahət üçün yaxşıdır" — Erkin Qədirli

SİYASƏT 11 mar 2020, 15:02

 Dünənki səsvermədə verdiyim səslər:


- Milli Məclis sədrinin və onun müavinlərin seçkisində bitərəf qaldım


- Milli Məclis sədrinin 1-ci müavininin seçkisində leyhinə səs verdim


- İntizam komissiyasının seçkisində əleyhinə səs verdim


- komitə sədrlərinin və sədr müavinlərinin seçkisi toplam keçirildiyindən leyhinə səs verməyə qərar verdim (ayrılıqda səsə qoyulsaydı, bəzilərinin əleyhinə səs verməyi düşünürdüm)


- Hesablayıcı Komissiyanın seçkisində bitərəf qaldım.


Milli Məclisdə oturduğum yerlə bağlı:


Deputatlar oturduqları yerləri seçmirlər, yerləri Katibliyin ümumi şöbəsi təyin edir. Orada hər kəsin yalnız özünə aid elektron səsvermə kartı yerləşdirilir (kartı çıxarmaq olmaz). Axırıncı sırada otururam (məktəb illərimdən axırda oturmağı xoşlayıram). Yanımda Razi Nurillayev oturur.


Milli Məclisdəki kreslolarla bağlı:


Həddindən artıq rahatdırlar. Heç uçaqların biznes-klassında belələri olmur. İrəli-geri, yuxarı-aşağı yönlərdə dəyişə bilirlər (elektron düymələri var). O kreslolar işləmək üçün yox, istirahət üçün yaxşıdır.


Milli Məclis zalının dizaynıyla bağlı:


Sinif otağı kimidir, açıq müzakirələr üçün uyğun ortam havasını vermir. Yerlər dairəvi amfiteatr şəklində düzülsə yaxşı olar.


Erkin Qədirli

ReAl Partiyanın funksioneri, Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top