Prezident Administrasiyasında yeni şöbə yaradılıb

SİYASƏT 11 mar 2020, 11:20

Azərbaycan Prezident Administrasiyasında parlamentlə bağlı xüsusi şöbə yaradılıb.
 

Demokrat.az xəbər verir ki, bu barədə altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev deyib.  


“Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı”, - deyə Prezident bildirib.


Ölkə başçısı qeyd edib ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar.


“Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda, əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir.


Ona görə hesab edirəm ki, bütövlükdə, - əlbəttə, bu, vaxt aparacaq, amma hər halda bunu etmək lazımdır, - biz qanunvericilik bazamızı təftiş etməliyik”, - deyə İlham Əliyev əlavə edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top