Çində koronavirusa yoluxanların sayı artdı

DÜNYA 11 mar 2020, 08:44

Son gün ərzində Çində 22 nəfər koronavirusun qurbanı olub, virusa daha 24 nəfər yoluxub.

 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

 

Komitənin məlumatına görə, son gün ərzində ölkədə 1 578 xəstə sağalıb. 

 

Ölkədə virusa yoluxanların sayı 80,7 min nəfərə çatıb. Qeyd edilir ki, onlardan 61,4 min nəfəri sağalıb, 3 158 nəfər ölüb. 

 

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top