"Rusiya mətbuatı hörmətsizlik edir" — Çavuşoğlu

DÜNYA 10 mar 2020, 18:15

Türkiyə Xarici İşlər Naziri Mevlut Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kremldəki konfrans salonunun bağlı qapısı önündə gözlədiyi kadrların yayımlanmasını Rusiya KİV-lərinin hörmətsizlik təzahürü olaraq qəbul edib.

 

“Rusiya mətbuatı məsələni "bulvar mətbuatı" xəbərinə döndərdi, bu hörmətsizliyin əlamətidir.

 

Belə bir mövqe kökündən yanlışdır", nazir bildirib.

 

İnterAz xəbər verir ki, onun sözlərinə görə, Ankara ilə Moskva arasındakı minimal fikir ayrılığı olan kimi Rusiya mediası qara təbliğat vasitəsinə çevrilir:

 

"Münasibətlər normallaşan kimi, dərhal Türkiyəyə münasibətdə olan mənfi məqamlar unudulur".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top