ŞAD XƏBƏR — Mehriban Əliyevanın tapşırığı ilə daha bir məktəb tikilir

SOSİAL 10 mar 2020, 13:07

Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyevanın birbaşa tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi əsasında 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəb binasının tikintisinə başlanılıb.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib.
 

Bildirilib ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış olub.(Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top