Ermənilər Aprel döyüşləri ilə bağlı şeirləri bu kitabdan çıxardılar — FOTOLAR

SOSİAL 10 mar 2020, 12:41

Tanınmış şair-publisist Etibar Vəliyevin Rusiyada çap etdirdiyi "Şairlər azad olmur" (Свободными поэты не бывают) kitabında Xocalı soyqırımı və Aprel döyüşləri ilə bağlı şeirləri erməni təxribatı nəticəsində nəşrdən çıxarılıb.


Demokrat.az xəbər verir ki, “Azərkitab Kitab Mərkəzin”də sözügedən və "Dəniz qoxulu misralarım" kitabının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Etibar Vəliyev özü məlumat verib. 


Yazıçı bildirib ki, bu yaxınlarda "Şairlər azad olmur" (Свободными поэты не бывают) şeirlər toplusu gürcü tərcüməçi Giya Paçxataşvili tərəfindən rus dilinə tərcümə edilərək qonşu ölkədə nəşr olunmaq elektron formada göndərilib:


"Şeirlər kitabının rus dilində adı “Svabodnımi poetı ne bıvayut"dur. Kitabı Rusiyada çap etməyimin məqsədi Qarabağla, vətənpərvərliklə bağlı şeirlərimi orada yaşayan azərbaycanlılara və digər xalqlara çatdırmaq olub.  


Rusiyanın müxtəlif  şəhərlərində 8 nəşriyyat evi kitabımın çapından imtina etdi. Sonuncu Tula şəhərində bir nəşrlər evi ilə müqavilə bağlamağa müvəffəq olduq. Müqavilə bağlanıb, kitab çap edildi. 


Sonda məlum oldu ki, kitabda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı, Aprel döyüşləri, şəhid anaları ilə bağlı “Qara yaylıq satmayın” şeirim çapdan çıxarılıb. Onalardan bunun səbəbini soruşanda “başımız ağramamaq üçün bunu etdik” dedilər.


E.Vəliyev sonda Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporasına müraciət edərək yenidən sözügedən kitabının çapına dəstək göstərmələrini xahiş edib. 


Qeyd edək ki, təqdimat mərasimində iştirakçılar sözügedən kitabdan və şairin çoxşaxəli yaradıcılığından söhbət açıblar. 


Sonda natiqlər də erməni təxribatı nəticəsində kitabdan çıxarılan 4 şeirin yenidən işıq üzü görməsi üçün Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporası tərəfindən dəstək veriləcəyinə ümid etdiklərini dilə gətiriblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top