İcra başçısı məhsulların qiyməti ilə maraqlandı — Tövsiyələrini verdi (FOTOLAR)

SOSİAL 10 mar 2020, 13:20

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev istirahət günlərində (7-8-9 mart) Qayıdış qəsəbələrində, Əhmədbəyli, Mahmudlu-2, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu və Alıxanlı kəndlərində olmuş, vətəndaşlarla görüşmüş, bazarlarda, topdan satış mərkəzlərində, ictimai iaşə obyektlərində olmuş ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, alıcı və satıcılarla söhbət edib.


Demokrat.az-ın xəbərinə görə, vətəndaşlarla görüşdə Alı Alıyev bildirib ki, bu cür görüşlərin məqsədi vətəndaşlarla bir yerdə olmaq, onları narahat edən məsələlərdən xəbərdar olmaq və mövcud problemləri yerində aradan qaldırmaqdır.


İctimai iaşə obyektlərində, topdan və pərakəndə satış mərkəzlərində, insanların sıx toplandığı ərazilərdə onlarla səmimi söhbət edən Alı Alıyev tərəfindən vətəndaşlar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerində həll edilib, digərlərinin isə həll edilməsi üçün nəzarətə götürülməsi barədə tapşırıq verilib.


Alı Alıyev vətəndaşlarla söhbətində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan fərman və sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılmasının dayanır. Qeyd edib ki, son vaxtlar ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.


Məcburi köçkünlər dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, çörək pulu,qaz, işıq, sudan istifadəyə görə hər ay vahid aylıq müavinət aldıqlarını, əməkhaqqı, pensiya və təqaüdlərinin vaxtlı-vaxtında plastik kartlar vasitəsilə ödənildiyini bildiriblər.


Rayon sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya münətdarlıqlarını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top