Ərdoğan əsəbiləşdi və zalı tərk etdi — Tayms

SİYASƏT 10 mar 2020, 17:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa Birliyi Şurasının rəhbəri Çarls Mişel və Avrokomissiyanın sədri Ursula fon der Leyen arasındakı 1 saat 45 dəqiqəlik görüş gərgin keçib.


Demokrat.az xəbər verir ki, bu barədə İngiltərənin “Tayms” qəzeti məlumat yayıb.


Bildirilib ki, Ərdoğanla AB rəsmiləri arasında razılaşma əldə olunmayıb:


“Türkiyə lideri də Yunanıstan sərhədində yaranmış miqrant böhranı ilə bağlı hər hansı şəkildə müsbət vəd vermədi. Ərdoğan AB-dən Türkiyəyə qaçqınları saxlamaq üçün kifayət qədər maddi yardım göndərilmədiyini vurğulayıb. Türkiyə lideri eyni zamanda, AB-ni 2016-cı ildə Brüssellə Ankara arasında əldə edilən anlaşmaya əməl etməməklə günahlandırıb və görüşü tərk edib”, – qəzetin məlumatında vurğulanıb.


Qeyd edək ki, Türkiyə prezidenti görüşü tərk etdiyi üçün planlaşdırılan mətbuat konfransı da keçirilməyib.(axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top