ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı

DÜNYA 10 mar 2020, 11:16

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı son vəziyyəti açıqlayıb.  

 

Demokrat.az ÜST-ə istinadən xəbər verir ki, martın 10-na olan son statistik məlumatlar və risk göstəriciləri aşağıdakı kimidir:

 

Bildirilir ki, son 24 saat ərzində Banqladaş, Albaniya və Paraqvayda koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

 

Təsdiqlənmiş yoluxma hallarının sayı 109 577 nəfərə çatıb. 3809 nəfərdə ölüm halı qeydə alınıb.

 

Virusun yayıldığı Çində isə, son məlumata görə, 80 904 nəfər xəstəliyə yoluxub, onlardan 45 nəfəri son 24 saat ərzində xəstələnib.  

 

Bu vaxta qədər Çində ümumilikdə 3123 ölüm halı qeydə alınıb ki, onlardan 23-ü son 24 saat ərzində baş verib.  

 

Çinin xaricində isə ümumilikdə 28 673 yoluxma halı qeydə alınıbsa, onlardan 3948 nəfəri son sutkada yoluxanlardır. 

 

Cəmi 686 ölüm halı var ki, 202 nəfər son 24 saatda vıfat edib.

 

Dünya üzrə 104 ölkə və ya ərazidə yoluxma aşkarlanıb ki, onlardan üçü son 24 saatda qeydə alınıb. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top