Bakının mərkəzində sürücülər təhlükə ilə üz-üzədir — VİDEO

SOSİAL 09 mar 2020, 23:44

Bakının Heydər Əliyev prospektində olan dəmir maneə təhlükə saçır.


Demokrat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, asqı qırıldığından bu yoldan istifadə edən sürücülər təhlükə ilə üz-üzədir. Çünki ağır dəmir maneə hər an düşə bilər.

 

Ərazidə olan iki dəmir maneədən biri tam sağlam olsa da, digərinin bir tərəfi sıradan çıxıb.

 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, "Xəzər Xəbər" məsələni qaldırdıqdan sonra əraziyə baxış keçirilib. Problemin qısa zamanda həll edilməsi üçün Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilib və əraziyə xüsusi qrup göndərilib.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top