Koronavirusa görə 70 min dustaq buraxıldı

DÜNYA 09 mar 2020, 22:31

İran hakimiyyəti koronavirus virusunun yayılması təhlükəsinə görə 70 min dustağı açıb buraxıb.


Bununla bağlı ölkənin Ali Məhkəməsinin sədri İbrahim Raisi ictimaiyyəti məlumatlandırıb.


Onun sözlərinə görə, dustaqlarınn azad edilməsi barədə qərar bütün ölkə boyu məhkəmələr tərəfindən qəbul edilib. Burada əsas diqqət koronavirus qarşısında zəif olan və hansısa xəstəlikdən əziyyət çəkən insanlara verilib. “Məhkumların azad olunması ictimaiyyətə hər hansı təhdid törətməyənə qədər davam edəcək”,-deyə “Təsnim” agentliyi İran rəsmisinin sözlərini çatdırıb.


İbrahim Raisi buna rəğmən tibbi təyinatlı predmetlərin ehtiyatları ilə bağlı işlərə təxirə salınmadan baxıldığını sözlərinə əlavə edib. O, yerli hakimiyyətləri və vəzifəli şəxsləri koronavirusla mübarizə çərçivəsində çatışmazlıqları aradan qaldırmağa çağırıb. İran Ali məhkəməsinin sədri həkimləri xəstəliklə mücadilənin önündə gedən əsgərlər adlandırıb.


Qeyd olunur k, bundan öncə məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmaili həbsxanalardan 54 min məhkumun evlərinə müvəqqəti olaraq buraxılacağını xəbər etmişdi. (musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top