Bakıda koronavirusla bağlı ÜST mütəxəssisləri ilə görüş keçirildi — FOTOLAR

SOSİAL 09 mar 2020, 20:36

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə görüş keçirilib.


Demokrat.az xəbər verir ki, görüşdə dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində görülən tədbirlər və ÜST nümayəndə heyətinin Bakı şəhəri və regionlardakı karantin xəstəxanalarına səfərinin detalları müzakirə edilib.


Həmçinin, tibbi personalın hazırlığı, COVID-19 ilə ümumi mübarizə üsulları, vəziyyət haqqında məlumatlandırma, hospitalların hazırlığı, dərman, diaqnostika və tibbi vasitələrin mövcudluğunun qiymətləndirilməsi və risk kommunikasiyası mövzularında fikir mübadiləsi aparılıb.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top