Karantin tələblərini pozan pasientlər məsuliyyətə cəlb oluna bilər? — AÇIQLAMA

SOSİAL 09 mar 2020, 20:22

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, yaxud mülki müdafiə tədbirlərinin pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub.

  

Demokrat.az bildirir ki, bunu Modern.az-a açıqlamasında hüquqşünas Cavad Cavadov son günlər karantin bölgəsində saxlanılan vətəndaşların həkimlərə zor tətbiq etmısilə bağlı danışarkən bildirib. C.Cavadov qeyd edib ki, bu hallar fövqəladə vəziyyət, hərbi vəziyyət və Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejimlərinin dövründə tətbiq edilən tədbirlərə, o cümlədən karantin tələblərinə aiddir:
 

"Hərbi və fövqəladə vəziyyətin halları və tətbiqi qaydası Azərbaycan Respublikası Konstitusiyasının 111 və 112-ci maddəsi ilə, Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejimi isə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilir. Həmin halların heç biri hazırda mövcud olmadığından karantin tələblərinin pozulmasına görə inzibati məsuliyyət tətbiq oluna bilməz".

 

Onun sözlərinə görə, bununla yanaşı, tətbiq olunan tədbirlər əhalinin sağlamlığının qorunmasına yönəldiyindən və təhlükənin qlobal xarakter almasını nəzərə alaraq bununla bağlı karantinə alınmış vətəndaşlardan bu tipli tədbirlərin anlayışla qarşılayıb, məsuliyyətlə yanaşmaları xahiş olunur:

 
"Eyni zamanda əlaqədar səhiyyə qurumları, digər dövlət orqanları karantinə yerləşdirilən vətəndaşlara normal zəruri şərait yaratmalı və karantinə yerləşdirmək adı onların hüquqlarının pozulması hallarına yol verməməlidirlər".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top