Epidemioloq koronavirusun başa çatacağı son tarixi AÇIQLADI

DÜNYA 09 mar 2020, 19:38

Koronavirus infeksiyası ən azı iyuna qədər bütün dünyada yayılmağa davam edəcək.


Bu sözləri çinli epidemioloq Çjun Nanşan 9 mart bazar ertəsi günü "South China Morning Post”a açıqlamasında bildirib.
 

Epidemioloq vurqulayıb ki, diqqəti xəstəliklərin ÇXR-də qalmasına deyil, əcnəbilərin, xüsusən də böyük beynəlxalq turizm mərkəzi olan Quanqdunda yoluxma hallarının qarşısını almağa yönəltmək lazımdır. 


"Sərhədlərdə sanitar nəzarəti gücləndirmək və epidemiyadan təsirlənən xarici bölgələrdən gələn qonaqlar üçün karantin siyasəti qurmaq lazımdır", - epidemioloq əlavə edib.


O, həmçinin COVID-19-dan ciddi şəkildə təsirlənən ərazilərə, xüsusən Quanduna ziyarətçilərin axınını nəzarət altına almaq üçün qoruyucu vasitələr, test dəstləri və s. göndərilməsinin lazım ola biləcəyini vurğulayıb.


Qeyd edək ki, bundan az əvvəl verilən məlumata görə, Çində koronavirusdan qeydə alınan ölüm sayı bir gündə 22 nəfər artaraq 3119-a çatıb, ölkədə ümumi yoluxanların sayı isə 80 735 nəfərdir.


Şiddətli sətəlcəmin törədicisi COVID-19 olan SARS-CoV-2 virusunun epidemiyası 2019-cu il dekabrın sonlarında Çinin Vuhan şəhərində başlayıb. İnfeksiya nadir hallarda uşaqları və yeniyetmələri yoluxdurur, bunu alimlərin COVID-19 hallarının 70 mindən çoxunun təhlili əsasında hazırladığı statistika sübut edir. Bu yaş kateqoriyası halların ümumi sayının yalnız 1%-ni təşkil edir.


Rus virusoloqları əmindir ki, kütləvilik insanın immunitet sisteminin ildən-ilə zəifləməsi və suya daha çox həssas olması ilə əlaqədardır. Bundan əlavə, gənc yaşlarda az müşahidə edilən xroniki xəstəliklərin mövcudluğu da tez-tez müxtəlif fəsadların səbəbi kimi çıxış edir. (Qaynarinfo)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top