Bu avtobuslarda pulsuz Wi-Fi var — VİDEO

SOSİAL 09 mar 2020, 09:33

Sumqayıtın nəqliyyat sistemində yenilik edilib. 9 nömrəli marşurut xəttindəki, avtobuslarda pulsuzvayfay quraşdırılıb . Sərnişinlər bu xidmətdən pulsuzistifadə edə bilərlər.

 

Sumqayıt şəhərində ictimai nəqliyyat sistemində daha bir yenilik həyata keçirilib. Şəhərdən Ceyranbatan qəsəbəsinə, 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz vayfay xidmətinə qoşulub.

 

Nəqliyyatın rahatlığını və hər gün ictimai nəqliyyatdan istifadə edən minlərlə sərnişinin məmnunluğunu nəzərə alaraq həyata keçirilən layihə ilkin mərhələdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub.

 

Pulsuz vayfay xidməti mərhələli şəkildə şəhərdə fəaliyyət göstərən digər marşrut xətlərində də reallaşdırılacaq. Qeyd edək ki, bu yenilik sərnişinlərin də ürəyincədir.

 

Onu da qeyd edək ki, bununla yanaşı avtobusların bir mərkəzdən idarə olunması məqsədi ilə onlayn rejimdəMərkəzləşdirilmiş Dispetçer Xidməti də yaradılacaq. Bu proses nəticəsində nəqliyyat vasitələrinin sürücülərinə nəzarət daha da artırılacaq. Həmçinin sürücü-sərnişin münasibətləri də diqqətdə saxlanacaq.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top