Binəqədi qəsəbə Bələdiyyəsi şəhid və aztəminatlı ailələri ziyarət etdi — FOTOLAR

SOSİAL 08 mar 2020, 22:49

Bu gün Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qəsəbə ərazisində yaşayan şəhid və aztəminatlı ailələr və ahıl sakinlər ziyarət olunub. 


Demokrat.az xəbər verir ki, bələdiyyə üzvləri ilk növbədə qəsəbənin müxtəlif ərazilərində təmizlik işləri həyata keçirən qadınları bayram münasibətilə təbrik ediblər.


Bələdiyyə üzvləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon Gənclər Təşkilatı ilə birgə Aprel döyüşlərində şəhid olmuş Emin Bağırov və Fəxrəddin Qurbanlının ailələrini ziyarət ediblər.


Binəqədi Qəsəbə Bələdiyyəsinin üzvləri eyni zamanda UNEC Xeyriyyə Təşkilatının könüllüləri ilə birgə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Birinci Qarabağ savaşının şəhidləri - Rövşən Səfərov, Məsim Ələkbərov, Səyyəddin Abbasov və Rövşən İmanovun ailələri yaşayan unvanlara gedərək xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediblər.


Bayram münasibətilə həmçinin Binəqədi qəsəbəsində yaşayan ahıl insanlar da diqqətdən kənarda qalmayıb. 


Bələdiyyə üzvləri Mədinə Zohrabova və Əminə Rzayevanın yaşadıqları ünvanlara baş çəkərək, onları təbrik ediblər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top