“Həmişə həqiqəti demişəm” — Araz Əlizadədən Türkiyə ilə bağlı daha bir AÇIQLAMA

SİYASƏT 07 mar 2020, 22:22

“2019-cu ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə 10 maddəlik “Soçi müqaviləsi” imzalanıb. Sazişə əsasən, Türkiyə İdlibdə terrorçuları əzməli idi. Bunu etmək əvəzinə, terrorçuların düşərgəsində onların atəşlərini koordinasiya edirdi. Türkiyə ordusu burada itki verdi, Allah rəhmət eləsin. Bu, Türkiyənin səhv siyasəti idi”.

 

Bunu Pravda.az-a açıqlamasında sabiq deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

 

“Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kremlə getdi, Rusiya Prezidenti Vladimir Putinlə danışdı, ortaq məxrəcə gəldilər ki, bu cür hallara yol verilməsin. Türkiyəni başa düşürəm, sərhədlərini kürd dəstələrindən, terrorçulardan qorumaq istəyir. Lakin bunu Suriyanın ərazisində etməməlidir. Türkiyə terrorçularla birgə Suriya ordusuna qarşı mübarizə aparmamalı idi. Bu, səhv addım idi”.

 

A.Əlizadə barəsində səslənən fikirlərə də münasibət bildirib: “Bunu sifarişlə dediyimi iddia edənlər xəstədirlər. Həmişə həqiqəti demişəm, belə də davam edəcəyəm. Həqiqəti deyəndə, dərhal hücuma keçirlər ki, Araz Əlizadə sifariş alıb...”

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top