Dadaşlinskinin sualına Erkin Qədirlidən qəribə cavab: "Azadlığımın son günlərini yaşayıram" — VİDEO

SİYASƏT 06 mar 2020, 16:36

İctimai Tv-də yayımlanan 3D verilişinin növbəti qonağı, Milli Məclisin yeni deputatlarından Erkin Qədirli olub.

 

Demokrat.az xəbər verir ki, aparıcı Dadaş Dadaşlinski E. Qədirliyə maraqlı suallar ünvanlayıb və ortaya maraqlı cavablar çıxıb.

 

E. Qədirli, Dadaşlinskinin “İqtidarda dostunuz çoxdur, yoxsa müxalifətdə?” sualına belə cavab verib:

 

“Qarışıqdır. Mən siyasi meyarlara görə dostlarımı bir birindən ayırmıram. YAP-da da, müxalifətdə də dostlarım var. Heç bir siyasi kimliyi olmayanlar da var. Saymamışam, yəqin ki, ünsiyyət sıxlığına görə götürsək, müxalifətdə dostlarım daha çoxdur”.

 

Dadaşlinskinin, tənbəl olması ilı bağlı Erkin qədirliyə verdiyi suala isə o belə cavab verib:

 

“Məsuliyyətsizlik ifadəsi şişirdilmiş ola bilər, amma tənbəllik var. Mənim tənbəlliyim funksional deyil, situativdir. İndiyə qədər heç bir ictimai öhdəliyim olmadığına görə, ancaq və ya əsasən özüm üçün yaşadığıma görə, bax görürsüz, üzümü qırxmamışam və rahat geyimdə gəlmişəm(efiri nəzərdə tutur). Çünki azadlığımın son günlərini yaşayıram. Gələn həftədən gərək çox rəsmi həm danışam, həm geyinəm, həm davranam. Bircə vicdanım orada rahatdır ki, tənbəlliyim heç kimə ziyan vurmayıb”. (yeniavaz.com)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top