İcma sədri: “Yerli ermənilərlə normal münasibətlər qurub, yola gedə bilərik”

SİYASƏT 24 fev 2020, 11:41

“Xankəndidə 16-17 minə yaxın azərbaycanlı yaşayırdı, Şuşada əhalinin 99 faizi azərbaycanlı idi. Yəni biz demirik ki, gedək Xankəndindən erməniləri qovaq, ancaq azərbaycanlılar məskunlaşsın”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev deyib.

 

“Əvvəldə də olduğu kimi qonşu kimi yaşaya bilərik. Hər halda biz o torpaqlara qayıtdıqdan, erməni işğalçıları o torpaqlardan çıxdıqdan sonra yerli ermənilərlə normal münasibətlər qurub, yola gedə bilərik. Yetər ki, Ermənistanın işğalçı qüvvələri ordan çıxsınlar. Mümkün olmayan bir şey yoxdur. Sovet, Çar Rusiya dövründə Azərbaycan ermənilərə qucaq açıb, onlara mehriban münasibət göstərib. Düzdür, onlar bundan istifadə etsələr də, biz Azərbaycanın bütövlüyü çərçivəsində yenidən birgə yaşaya bilərik” – T.Gəncəliyev qeyd edib. (Modern.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top