"Ermənistan regionda destruktiv siyasət yürüdür" — İlham Əliyev

SİYASƏT 22 fev 2020, 23:24

Vatikanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

 

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev münaqişə ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb, Ermənistanın regionda destruktiv siyasət yürütdüyünü bildirib.

 

Dövlət başçısı hazırda Ermənistan tərəfindən danışıqlar prosesinə xələl gətirən ziddiyyətli açıqlamaların verildiyini deyib və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top