Koronavirus əleyhinə vaksin bu tarixdə sınaqdan keçiriləcək

DÜNYA 21 fev 2020, 10:08

Çində yeni növ koronavirusa qarşı vaksinin kliniki sınaqları ən tez aprel ayının sonunda həyata keçiriləcək.


“RİA Novosti” xəbər verir ki, bunu Çinin Elm və Texnologiya nazirinin müavini Süy Nanpin bəyan edib.


Onun sözlərinə görə, hal-hazırda Çində vaksinin hazırlanması digər dövlətlərlə sinxron şəkildə həyata keçirilir.


Qeyd edək ki, fevralın 20-i Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa qarşı preparatların sınağının nəticəsini üç həftə ərzində əldə etmək niyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top